
Valideynlər niyə DİQQƏTSİZDİR: Körpələrin yıxılaraq ölüm hallarının ARTMASINDA SƏBƏB NƏDİR? - ARAŞDIRMA
Son vaxtlar azyaşlı uşaqların binadan yıxılaraq ölümü ilə nəticələnən faktların sayı günbəgün artır. Buna nümunə olaraq yaxın zamanda baş vermiş bir neçə hadisəni nümunə göstərə bilərik. Məsələn, 9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb. Hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib.
Astarada nəzarətsiz qalan körpənin yıxılması ölümünə səbəb olub. Belə ki, "manej"də oynayarkən yıxılan 8 aylıq körpə İ.H. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda vəfat edib.
Bu gündə Bakıda 2 yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq ölüb. 2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsindən yıxılaraq KIA markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.
Göründüyü kimi, hadisələr ya valideyn nəzarətsizliyindən yaxud ehtiyatsızlığından irəli gəlir. Körpələrin ölüm hallarının səbəbi valideyn məsuliyyətsizliyindən irəli gəlir? Problemin qarşısını necə alaq?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, illər öncə də ölkədə hündürmərtəbəli binalar var idi. Ən azı Bakıda yaxud rayonlarda beş mərtəbəli binalar olub. Statistikaya nəzər salsaq görərik ki, o vaxtlar bu hallar daha az olub, nəinki indi: