
Türbə kimi şəhid məzarları, maketə edilən toylar, yoxsa vahid standart?
Bizim xalqın oturuşmuş, özünə xas yas və toy adət-ənənələri var. Toy da, yas da sevincimizi, kədərimizi daşa-daşa, daha coşğun göstərmək üçün fürsətə çevirir bir növ. Ömrümüzü bu iki mərasim üçün yaşayırıq. Ev-eşik abadlaşdıranda "ölümlü dünyadır, gəlib-gedənlər baxıb nə deyər?" düşüncəsi ilə qurub yaradırıq, uşaq doğulandan toyuna hazırlığa başlayırıq. İmkanı olan da, olmayan da yasını, toyunu gücü yetəndən artıq təmtəraqla eləməyə can atır və edir.