
"Tik-Tok"da "kreditə qızıl satılır" adı altında kiber cinayət törədən dəstə üzvləri saxlanıldı - FOTO
Sosial şəbəkədə "kreditə qızıl satılır" adı altında kiber cinayət törədən dəstə üzvləri saxlanılıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə DİN əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də "kreditlə qızıl satılır" başlığı adı altında xüsusən "Tik-Tok" sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır. Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci il təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.