Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür


Bu gün 4 iyun 2021-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində mina partlayışı nəticəsində şəhid olan jurnalist Sirac Abışovun doğum günüdür.

Empatv.az xatırladır ki, Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olub.

Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb.

O, operator kimi 2019-cu ildən AzTV-də fəaliyyətə başlayıb. Sirac Abışov 4 iyun tarixində Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında baş verən partlayış zamanı şəhid olub. Onun nəşi iyunun 5-də yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə şəhid jurnalistimiz 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib.

Top