
"Bakıda güclü zəlzələ olsa, bu ərazidəki bütün binalar yerlə-yeksan olacaq..." - Keçmiş Baş memar
Son zamanlar zəlzələ xəbərləri ilə çox qarşılaşırıq. İstər Yaponiya, istər Türkiyə, istərsə də dünyanın digər ölkələri ilə bağlı.. Güclü zəlzələnin törətdiyi fəlakətlər isə hamıya məlumdur. Məsələn, ötən il qardaş Türkiyədə baş verən, "əsrin fəlakəti" adlandırılan Kahramanmaraş zəlzələsi nəticəsində 50 mindən çox insan həlak oldu, 120 mindən çox insan yaralandı, 40 minə yaxın bina dağıldı.