"Xruşşov sağlam adam idi, içki onu yıxmırdı" – DTK zabitinin sovet lideri haqqında maraqlı açıqlamaları...


O, düz 40 il, rekord həddə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 9-cu idarəsində (partiya və hökumət rəhbərlərinin təhlükəsizliyinə cavabdehlik daşıyan qurum) xidmət edib. 1956-1964-cü illərdə isə Aleksandr Salnikov Nikita Xruşşovun ailəsinin mühafizəsinə cəlb olunub. O cümlədən onun vəzifə funksiyalarına Xruşşovun və ailə üzvlərinin qidalanma və qida rasionuna daxil olan ərzaqlara xüsusi nəzarət, həkim təyinatı varsa dərman preparatlarının vaxtlı-vaxtında qəbulu, ayaq geyimlərindən tutmuş baş geyimlərinə qədər qarderoba nəzarət, xüsusilə, xarici səfərlərdə sovet liderinin və onun ailə üzvlərinin görüş yerlərinə, yatacaqlarına, yemək masalarına, hətta masalardakı təamlara ciddi baxış keçirmək və bütövlükdə birinci şəxsin hər addımını ciddi nəzarətdə saxlamaq daxil olub.
Top