
Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər? - ARAŞDIRMA
Son illərdə Avropa ölkələrində işləmək istəyən azərbaycanlıların sayı artıb. "Qoca qitə"də iş axtaranlar müxtəlif yollarla bu arzularını reallaşdırmağa çalışırlar. Hazırda Bakıda "Avropada işə düzəldirik" deyən çox sayda şirkət fəaliyyət göstərir. Vətəndaşlar müəyyən ödənişlər qarşılığında bu şirkətlərin xidmətlərindən istifadə edirlər. Lakin, zaman-zaman bu şirkətlərin qanunsuz fəaliyyət göstərdiyini və vətəndaşları yalançı vədlərlə aldadığını görürük. Ekspertlər "qoca qitə"də işləmək istəyənlərin diqqətli olmalarını, hər şeyi yüz ölçüb bir biçmələrini tövsiyə edirlər. Əks halda, dələduzların qurbanı ola bilərlər.