"Rusiya sülhməramlıların Bakıdan yola salınan humanitar yardım karvanının hərəkətinə maneə yaratması ölkəmizə qarşı növbəti təxribatdır"


Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar. 40 ton un yüklənmiş iki avtomobilin Xankəndinə çatdırılması üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılır.

Top