
"Yaxşı olardı ki, Rusiya sülməramlıları Azərbaycan ərazisinə sülh üçün gəldiklərini unutmasınlar" - DEPUTAT
Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar. 40 ton un yüklənmiş iki avtomobilin Xankəndinə çatdırılması üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılır.