
Hicran Hüseynova 10 minlik çanta işlədir? - Özü danışdı
Milli Məclisə seçkilərdə 76.6 faiz səs toplayaraq lider namizəd olan Hicran Hüseynovanın istifadə etdiyi əl çantası barədə jurnalist Fərid İsmayılov sosial media hesabında paylaşım edib. Paylaşım müzakirələrə səbəb olub. Bildirilib ki, Hüseynovanın çantasının qiyməti endirimlə 6032 dollardır. Bu isə təqribən 10 000 manat edir.