
"Formula 1"lə bağlı paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək
Sentyabrın 13-dən 15-dək "Formula 1" Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb.