
Avtobus və metrolar üçün yeni KARTLAR YARADILIR: Gediş haqqı daha UCUZ OLACAQ - AÇIQLAMA
Bu gün avtobus və metrolarda nağdsız ödəniş vastəsi kimi "Bakıkart"dan istifadə olunur. İctimai nəqliyyatda yeni ödəniş üsullarının tətbiqi insanların rəqəmsal biliklərinin artmasına imkan verir. Hazırda insanlar "BakıKart"dan savayı, "BakıKart" mobil tətbiqinin QR biletlərindən də ödəniş edirlər. Amma hələ də bu sahədə ciddi çatışmazlıqlar var. Vətəndaşlar bu üsullarla yanaşı, alternativ yol kimi bank kartlarından da istifadə etmək istəyirlər.