
Sentyabrın havası - 33° isti...
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən aylıq proqnozla bağlı açıqlamada bildirilib.
Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.