
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
Xalq arasında uzaqgörənlik kimi tanınan miyopiya göz sağlamlığı üçün ən böyük təhlükədir. Xəstəliyin tezliyi bütün dünyada həyəcanverici sürətlə artmağa davam edir. Təəssüflər olsun ki, xəstəlik uşaq və gənclər arasında daha çox yayılır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, 2050-ci ilə qədər dünyanın yarısı eynəyə ehtiyac duyacaq və bu, qlobal görmə epidemiyasına səbəb olacaq.