
"Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından xəbərsizəm, ancaq..." - Deputat
"Hər dəfə çağırış edirsən ki, gəlin "filan müğənninin baldırı göründü", "kiməsə toyda söz atdılar" kimi mövzuları sosial şəbəkələrin siyasiləşmiş baboşlarına buraxaq. Məsuliyyətli insanlarımız isə qaragüruh aurasından özünü ayırıb düşüncə həyatımızı daha faydalı, sağlam, strateji xeyri olacaq mövzulara, onların müzakirəsinə yönəltsin. Kitabı, mütailəni təbliğ edək, kütləvi savadsızlaşmanın faciəsinə diqqət yönəldək və yaxşı mənada bir şeyləri dəyişməyə çalışaq".