"Universitetlər tələbənin təhsil haqqı hesabına yaşamamalıdır"-AÇIQLAMA


"Yaxşı təhsil dünyanın hər yerində ucuz başa gəlmir. Söhbət özəl universitetlərdən və dövlət sifarişli olmayan yerlərdən gedirsə, təbii ki, burada vəziyyət xeyli fərqlidir. Azərbaycanda dövlət hər il dövlət sifarişli yerlərin sayını artırmaqda davam edir. Nəzərə alsaq ki, bir müddət dövlət sifarişli təhsil alanların ümumi təhsil alanların faiz nisbəti 40 faiz idisə, indi artıq bu 50 faizə gəlib çatıb. Buda onu göstərir ki, dövlət inşaların təhsil almasında və dövlət hesabına təhsil almasına maraqlıdır. Hələ biz xaricdə təhsil dovlət proqramını, hansı ki xüsusi güzəştlər tətbiq olunur. Hökumətlərarası sazişə müvafiq olaraq təhsil haqları dövlət tərəfindən qarşılanır. Bütünlükdə bu dövlətin təhsilə əlçatanlığın təmin olunması və gənclərin təhsil almaq imkanlarını yaratmaq istiqamətində ortaya qoyduğu imkanlardır. O, ki qaldı özəl ali təhsil müəssisələri və ya dövlət sifarişi əsasında oxumayanlarda münasibət fərqlidir. Burada vəziyyət Azərbaycanda bir qədər mübahisələndirə bilər. Azərbaycanda çox yaxşı təhsil verən ali təhsil müəssisələri var. Tutaq ki, ADA universitetinin verdiyi təhsil keyfiyyəti ilə bağlı heç kimin şübhəsi ola bilməz. Burda təhsil haqları aşağı deyil. Nəzərə alsaq ki, bu kimi ali təhsil müəssisələri eyni zamanda xaricdən mütəxəssis cəlb edirlər. Onlarda ucuz olmayan qiymətlərə gəlib tədris edirlər. Bu başa düşüləndir. Dünyada yaxşı təhsil verən universitetlərin siyahısına baxdıqda ABŞ, Böyük Britaniya universitetləri və bir sıra Avropa universitetləri var ki, bunlarda təhsil haqları kifayət qədər yüksəkdir. Müqayisədə Azərbaycandan çox üstündür".

Top