"TəhsildəSən-3" Forumu keçirildi!


Oktyabrın 6-da "World" karyera və peşə mərkəzi, eyni zamanda İnnovativ Təhsil İşçiləri Assosiasiyasının təşkilatçılığı ilə "TəhsildəSən -3" Forumu öz işinə başlayıb. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra foruma dair videoçarxlar nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən  İnnovativ Təhsil İşçiləri Assosiasiyasının İdarə
Heyətinin sədri Aygün Məmmədli özəl təhsil sektorunda tədris keyfiyyətləri,o cümlədən bu sektordakı nailiyyətlərindən söz açıb. Forum Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı Bəhruz Əzimovun nitqi ilə davam edib.
Bəhruz Əzimov bildirib ki, təhsil olmadan innovasiya mümkün deyil.  Daha sonra Təhsil Tələbə Kredit Fondunun təhsilə dəstək və təhsilin əlçatanlığının  əldə edilməsi istiqamətində geniş miqyaslı fəaliyyəti,o cümlədən təhsildəki əhəmiyyəti qeyd edilib.Tədbirin növbəti hissəsi təhsil sistemində çalışan məktəb direktorları, müəllimlər,  özəl sektorda fəaliyyət göstərən sahibkarlar, təhsil şirkətləri və ekspertlərinin  müəllimin cəmiyyətdə rolu, təhsildə innovativlik, beynəlxalq təhsil sisteminin düzgün tətbiqi metodları, təhsildə psixoloji xidmətin rolu mövzularında nitqləri ilə davam etmişdir.Tədbirin sonunda hər kəsə iştirakları üçün təşəkkür edərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb."TəhsildəSən-3" Forumu "Na Group", "VİTAM", "Dekart Academy","E-edu", "Able Kids Club", "Azerlegal", "Az Academy","Ametist", "Sharms Translation","Hazel" "Slavyanka","Edde Global" ın sponsorluğu ilə keçirilmişdir.
 Forumun informasiya dəstəyi isə "Empa Tv", "e.psixloq.az" media subyektlərinin adı ilə bağlıdır.Əsas Media Tərəfdaşı "Narketing"olmuşdur.Rəsmi Tərəfdaşlar isə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası, İnnovasiyalar Mərkəzi,"Bilim Bakı" olmuşdur.Təşkilati dəstək Məstan Uşaq Mərkəzi,Gənc Xarici Dil Müəllimləri Birliyi,META4 Fashion, Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi,Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək birliyi olmuşdur.
Top