Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmiş

Bakı metrosunun işdən çıxarılan qadın maşinisti sükan arxasında film izləyirmiş


Son günlər "Bakı Metropoliteni" QSC-də işdən azad edilən və ya öz istəyi ilə işdən ayrılan maşinist xanım Günay Həbibli ilə bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Mövzu ilə əlaqədar dəqiq olmayan bir sıra informasiyalar cəmiyyətdə çaşqınlıq yaradıb. 

Bir işçinin çalışdığı müəssisədən ayrılması normal hadisə olsa da, irəli sürülən fərqli fikirlər bu məsələni gündəmdən düşməyə qoymayıb. Söhbətə aydınlıq gətirilməsi üçün "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni nəsil qatarların idarəetmə kabinələrində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə 2023-cü il mart-aprel aylarında keçirilən növbəti mütəmadi yoxlamalar zamanı qatar maşinisti Günay Həbiblinin idarəetmədən yayınmaqla şəxsi mobil cihazdan istifadə edərək film izlədiyi, mobil telefonla danışıqlar apardığı, sosial medianı izləməsi aşkarlanıb:

"Maşinist 2023-cü il aprel ayının 3-də yol verdiyi ciddi xidməti xətaya görə intizam tənbehinə cəlb edilib. Şəxsi mobil rabitədən istifadə qadağan edildiyi halda, onun bu qaydanı pozması daxil olmaqla, məsələlərin geniş araşdırılmasına səbəb olub. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı metropoliteninin müvafiq normativ aktları və təlimatlarını, prosedur qaydalarını, o cümlədən hərəkət və sərnişin təhlükəsizliyi tələblərini kobud şəkildə pozmuş maşinistin hər hansısa güzəşt tətbiq edilmədən qatar maşinisti vəzifəsindən kənarlaşdırılmasının qaçılmazlığı müəyyən edilib.

Top