Sentyabrın 3-də 600-ə yaxın şagird əlavə imtahan verəcək

Sentyabrın 3-də 600-ə yaxın şagird əlavə imtahan verəcək


Dövlət İmtahan Mərkəzi bu ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək.

Empatv.az report-a istinadən xəbər verir ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

Top