
Yaşıl gələcəyi birlikdə quraq: COP29 - Yaşıl sabaha doğru
Planetimizin üzləşdiyi və bəşəriyyətin qarşısında duran ən böyük problemlərdən biri qlobal iqlim dəyişmələridir. Ötən əsrin 50-ci illərindən artıq planetimiz bu iqlim dəyişmələrinin böyük təsirlərinə məruz qalmağa başladı. Baş verən qlobal istiləşmə və onun yaratdığı böyük fəsadlar dünya ictimaiyyətində ən çox müzakirə edilən məsələlərə çevrildi.