
Cavanşir Məmmədovun keçmiş kürəkəninin yenidən məhkəməsi başladı
Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı Mustafa Kemal İbilinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.