
COP29-da inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlı aksiya keçirilib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə konfrans iştirakçıları "Pay up" ("Ödəmə vaxtıdır") şüarı altında aksiya keçiriblər. Bu, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə və həssas ölkələrə dəstək üçün inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlı çağırışdır.