Hərbi prokuror Naxçıvanda hərbçilərlə görüşüb

Hərbi prokuror Naxçıvanda hərbçilərlə görüşüb


Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı general-polkovnik Kərəm Mustafayev, eləcə də Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi Hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitləri, Naxçıvanda yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, görüş iştirakçıları xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Top