Tələbələr arasında yayılan bu oyunlar böyük təhlükədir
"Son dövrlərdə tələbələr arasında mərc oyunlarının geniş yayılması ciddi bir sosial və psixoloji problemə çevrilib. Universitetlərin yaxınlığında yerləşən mərc oyun mərkəzləri bu məsələnin daha da dərinləşməsinə səbəb olur. Hər gün borca batmış, gələcəyini itirmək təhlükəsi ilə üzləşən tələbələrin sayı artmaqdadır. Asan qazanc əldə etmək ümidi gənclərin təhsilinə, psixoloji sağlamlıqlarına və ailə münasibətlərinə böyük zərbə vurur".