"HONOR" "IFA 2023"sərgisində Gələcəyin Smartfonlarını təqdim etdi


Brend "Honor V Purse" yeni ecazkar "telefondan çantaya" konseptini təqdim edib, "HONOR Magic V2" nümayiş etdirib və "HONOR 90" üçün yeni rəng seçimi bazara
çıxarıb.

(Berlin, Almaniya – 1 sentyabr,2023) Global texnologiya brendi "HONOR" "IFA 2023" sərgisində smartfonların gələcəyi ilə bağlı strateji baxışını açıqlayıb. "Gələcəyi kəşf et" adlı əsas hesabatında "HONOR"un baş icraçı direktoru Corc Zhao brendin ən yüngül və ən nazik qatlana bilən smartfonu "Magic V2" də daxil olmaqla, insan mərkəzli ən son yenilikləri ilə "HONOR"un qatlana bilən smartfonları əsas istiqamətə çevirmək əzmini açıqlayıb. Brend, həmçinin "HONOR V Purse" - qatlana bilən smartfonu portativ, dəbli çanta kimi yenidən dizayn edən, üslub və özünü ifadə üçün sonsuz imkanlar təqdim edən yeni konsepsiyasını təqdim edib.

Top