Azərbaycanın tanınmış elm xadimi vəfat edib

Azərbaycanın tanınmış elm xadimi vəfat edib


AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fil.e.d., prof. Fəridə Vəlixanova dünyasını dəyişib.

"Report" xəbər verir ki, tanınmış elm xadimi 88 yaşında vəfat edib.

Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olub. Fəridə Vəlixanova orta təhsilini 132 saylı şəhər məktəbində alıb, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

F.Vəlixanova 1958-ci ildə ali təhsilini başa vurub, azərbaycanlı professor Əziz Şərifin rəhbərliyi ilə yazdığı diplom işini uğurla müdafiə edib və universiteti yüksək qiymətlərlə bitirib.

Top