Azərbaycanın 8 universiteti bu il “UI Greenmetric”in reytinqinə daxil olub

Azərbaycanın 8 universiteti bu il “UI Greenmetric”in reytinqinə daxil olub


Azərbaycanın 8 ali təhsil müəssisəsi bu il ilk dəfə “UI Greenmetric” dünya universitetlərinin reytinqinə daxil olub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Ümumilikdə, Azərbaycandan 6 ali təhsil müəssisəsi bu reytinqdə TOP 1000-də yer alır.

Qeyd edilib ki, “UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 12-yə çatıb.

“Dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində 95 ölkədən 1477 ali təhsil müəssisəsi təmsil olunub.
Top