"Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamağa məhkumdur" - DEPUTAT


"Ermənistanın təxribatları regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır ".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib. 

Deputat qeyd edib ki, son təxribatlar bir daha sübut edir ki, Ermənistan heç vaxt öz xoşu ilə sülh müqaviləsini imzalayacaq: 

"Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını daha intensiv və sistemli şəkildə aparmalıdır. Paşinyan mütəmadi olaraq fərqli mövqedən çıxış edərək, açıqlamaları həm xalqını, həm də dünyanı aldatmağa çalşır. Təxrbatlar Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı səsləndirdiyi fikirlərin sözdən ibarət olduğunu bir daha sübut etdi. Bu gün Paşinyan və havadarları sülh danışıqlarını uzadaraq prosesləri öz xeyirlərinə dəyişməyə çalışır.

Top