
Təyyarə qəzasında həlak olanların xatirəsini yad etmək üçün hava limanında guşə yaradılıb
Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer" təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında guşə yaradılıb.