Ölkənin danışdığı sirli intiharlar - Xırdalanda nə baş verir?

Ölkənin danışdığı sirli intiharlar - Xırdalanda nə baş verir?


Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qız intihar edib. Eyni binada baş verən iki rəfiqənin intiharından sonra 31 avqust tarixində həmin binanın yaxınlığında yerləşən binada daha bir intihar hadisəsi baş verib.

Empatv.az musavat.com-a istinadən bildirir ki, bu dəfə 15 yaşlı qızın intiharı ciddi narahatlığa səbəb olub. Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır. Hətta bina sakinləri keçən il də eyni binada bir neçə intihar hadisəsinin olduğunu iddia edib.

Cəmiyyətdə, xüsusən də yeniyetmə övladı olan valideynlər arasında ciddi təşvişə səbəb olan bu məsələni sherg.az-a şərh edən kriminalist-ekspert İlqar Altay deyib ki, baş verən hadisə həm kriminal, həm də ictimai cəhətdən yanaşmada kifayət ağır və faciəvidir: "İlk növbədə məsələnin ağır tərəfləri: maniakal pedofiliya, ya, digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. 

Top