
Həyat yoldaşının, sevgilisinin yazışmalarını icazəsiz oxuyanları cəza gözləyir? - Vəkil açıqladı
Zaman-zaman telefonlara müdaxilə ilə bağlı məsələ gündəm olur. Xüsusilə bu mövzu qadın-kişi arasında müzakirə obyektidir. Qarşı tərəfdən gizli şəkildə telefona müdaxilə edənlər, şəxsi yazışmaları oxuyanlar və ya şəxsi fotolara nəzər salanlarla bağlı fikirlər birmənalı qarşılanmır - bu, dost da ola bilər, sevgili də, həyat yoldaşı da...Məsələn, Türkiyə qanunvericiliyində şəxsi həyatın gizliliyinin pozulması ilə bağlı maddələr nəzərdə tutulub – “Şəxsi həyatın toxunulmazlığını pozan hər kəs bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəkil və ya səslərin yazılması ilə məxfilik pozularsa, cəza artırılır”.