Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu... - Biləsuvarda dəhşətli cinayətin TƏFƏRRÜATI

Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu... - Biləsuvarda dəhşətli cinayətin TƏFƏRRÜATI


Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu... - Biləsuvarda dəhşətli cinayətin TƏFƏRRÜATIBiləsuvar rayonunda 1985-ci il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmkəndlisi Babanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Empatv.az "teleqraf.com"a istinadən xəbər verir ki, Mərdanın bacısı Sevda Baba ilə intim münasibətdə olub. Bu münasibətdən sonra Sevda 5 sentyabr 2014-cü ildə intihar edib.

Mərdan Babanın bu hərəkətinin şəxsi və ailə ləyaqətinə toxunan, onları camaat arasında nüfuzdan salan hərəkət kimi qiymətləndirib. Uzun müddət Babadan qisas almağı planlaşdırıb.

Niyyətini həyata keçirmək məqsədi ilə 7 dekabr 2022-ci ildə Babanı öldürmək qərarına gəlib. Cinayət törədiləcəyindən xəbərsiz olan qonşu Əlidən azyaşlı övladının ayağını dişləmiş iti vuracağı adı ilə ov tüfəngini götürüb. Dekabrın 8-də gecə saat 2 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində Biləsuvar rayonunun kəndində Babanın yaşadığı evin qarşısına gəlib.
Top