
Zakir Fərəcovun 5 ay əvvələ qədər müavini olan şəxs hakim qarşısına çıxarılır - 41 şirkət və 6 milyonluq əməliyyat...
Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları - Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışı sentyabrın 12-nə təyin edilib.