
Universitetdə yoxlama aparıldı, materiallar prokurorluğa göndərildi
Naxçıvan Dövlət Universitetində (Universitet) Azərbaycan Respublikası Hesablama Palatasının cari ilin İş planına əsasən aparılmış uyğunluq auditi 2021-2022-ci illəri əhatə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Bildirilib ki, audit dövründə ümumilikdə Universitetə 30910,6 min manat məbləğində vəsait daxil olub, 30480,2 min manat məbləğində vəsait icra edilib.
Universitetdə 737 ştat vahidi olmuş, həmin ştatların 362-ni rəhbərlik və aparıcı heyət, 375-ni professor-müəllim heyəti təşkil edib, təhsilin müxtəlif forma və səviyyələri üzrə auditin əhatə etdiyi dövrün əvvəli ilə müqayisədə sonunda tələbə kontingenti 14,1% artaraq 7376 nəfərə çatıb.