Bakıxanov Mall-da

Bakıxanov Mall-da "CinemaPlus" kinoteatrı açıldı


"Bakıxanov Mall" Ticarət Mərkəzində yeni "CinemaPlus" kinoteatrı fəaliyyətə başlayıb və dünya standartlarına cavab verən 3D texnologiyası ilə təchiz olunmuş 2 zaldan ibarətdir.
Ünvan: Yavər Əliyev 70A küçəsi.
"CinemaPlus" şəbəkəsinə 11 kinoteatr, 52+ ekran və 5200+ oturacaq daxildir.
Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və "Enhanced 4K Barco" dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi "Platinum Movie Suites" konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan və ispan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkiləri sifariş etmək imkanı yaradır.
Top