"Yaşam koç"ları, "şəfaçılar" doğurdan da insanlara kömək edə bilərmi? - AÇIQLAMA


Son zamanlar sosial şəbəkələrdə özlərini şəfaçı, yaşam koçu adlandıran insanlar tez-tez qarşımıza çıxır. Hansı ki, bu şəxslər insanlara ödənişlə "seans" verirlər. 


Bəs görəsən "yaşam koç"ları, "şəfaçılar" doğurdan da insanlara kömək edə bilərmi?

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova açıqlama verib:

"Bununla bağlı peşəkar psixoloqlara da müraciətlər də edilir. Hansı ki, özlərini "şəfaçı", "yaşam koçu" adlandıran bir qisim şəxslərin yaratdığı psixoloji problemlər səbəbi ilə yardım istəyirlər. Bu insanlar öz yalanları ilə başqalarını manipulyasiya edir. Onlar ola bilər ki, onlara müraciət edən insanlar sağaldıqlarını düşünsünlər, amma əksinə özləri də fərqində olmadan daha ciddi psixoloji problemlər yaranır. Düzdür ola bilər ki, bir insanın inancı olsun və o düşünsün ki, üzərlik edəcəm və başımın ağrısı keçəcək. Amma onun bu inancına hamının inanmasını istəməsi, özünü şəfaçı adlandırması yanlışdır. Bu baxımdan, peşəkar psixoloqlar belə hadisələrə nəzər yetirəndə anlayırlar ki, o insanların əməllərinin tək adı manipulyasiyadır. Onlar qarşılarındakı insanın inancından istifadə edərək pullarını mənimsəyirlər. Ancaq təbiidir ki, heç kəsi də buna məcbur etmirlər. İnsan qane olursa, onların yanına gedir, hətta sağaldığını da düşünür. O zaman ki, insanları iradələri idarə etməyə başlayır, onda başa düşürlər ki, yaşam koçlarına boşuna gediblər.

Hər fərdin özünün düşüncə tərzi var. Onlara getmə, etmə deməklə bunun qarşısını ala bilmərik. İnam hissi səni o şəxslərin yanına aparırsa, kim nə deyir desin, inanmayacaqsan və bildiyini edəcəksən. Çalışmaq lazımdır ki, sosial şəbəkədə reklamı gedən şeylərə inanmayaq. Hər deyilən sözə aldanmayaq".

Top