Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri İlə Mübarizə Günü

Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri İlə Mübarizə Günü


15 fevral 2025-ci ildə  “Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri İlə Mübarizə Günü" münasibəti ilə   "Balaca Şahzadə " adlı maarifləndirici forum keçirildi. Ahəng Psixoloji İnkişaf Və Dəstək İctimai Birliyi  və Məlhəm Beynəlxalq Hospitalının təşkilatçılığı ilə keçirilmiş bu forumda xərçəngdən xilas olmuş uşaqlar , valideynləri , həkimlər və psixoloqlar iştirak edirdi. Forumun aparıcısı Ahəng Psixoloji İnkişaf Və Dəstək İctimai Birliyin  sədri Vüsalə Əmiraslanova , fəxri qonaq isə millət vəkili Vüqar Rəhimzadə idi. Açılış nitqində Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Sevda Əlizadə öz dəyərli fikirlərini iştirakçılarla  bölüşdü. Layihə rəhbəri "Balaca Şahzadə" nin anası Ülviyyə Nağıyeva idi. Sonda çıxışçılar təşəkkürnamə, iştirakçılar isə sertifikat ilə təltif olundu.
Top