
Uşaq qidaları bahalaşır: Qiymət artımına nəzarət var?
Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir.
Empatv.az "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə, son 1 ayda süni uşaq qidalarının qiymətlərində artım daha da nəzərə çarpır.
Hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən başlayır, ən bahalısı isə 120 manata alıcılara təklif olunur. Satıcılar bildirirlər ki, xaricdən idxal olunan məhsulların tədarükü və daşınması xərclərinin artması qiymətlərə təsir göstərir.