Metroda kartla ödəniş ləğv edilir? - AÇIQLAMA

Metroda kartla ödəniş ləğv edilir? - AÇIQLAMA


Dünəndən etibarən "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə bənövşəyi xəttin "Xocəsən" və "8 Noyabr" stansiyalarında sərnişinlər "BakıKart" plastik kartından savayı, "BakıKart" mobil tətbiqinin QR biletlərindən ödəniş edə bilərlər.

Hələlik sərnişinlər bənövşəyi xəttin "Xocəsən" və "8 Noyabr" stansiyalarında "BakıKart" plastik kartından savayı, "BakıKart" mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

Empatv.az xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bir ay texniki məşvərətlər, yoxlamalar, sərnişin məmnuniyyətinin hesablanması və digər məsələlərə baxıldıqdan sonra "Avtovağzal", "Memar Əcəmi", sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında da bu sistemin tətbiqinə başlanılacaq.

Top