Səmayənin ölümü 3-cü dəfə araşdırılacaq

Səmayənin ölümü 3-cü dəfə araşdırılacaq


İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş 3-cü dəfə araşdırılacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samir Zeynalov məlumat yayıb.

O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinin icraatına xitam verilməsi ilə bağlı Sabirabad Rayon Prokurorluğunun 2-ci qərarı da ləğv edilib.

Belə ki, ötən il Sabirabad Rayon Prokurorluğu cinayət işinin dayandırılması ilə bağlı qərarı ləğv edib və iş yenidən Sabirabad Rayon Prokurorluğuna qaytarılıb. Bu ilin 5 aprel tarixində Sabirabad Rayon Prokurorluğu Səmayə Zeynalovanın intihar etməsinin səbəbi kimi onun intihardan öncə "depressiya"da olması qənaətinə gəlib və bununla da cinayət işi üzrə icraata növbəti dəfə xitam verilib. Xitam qərarına baxan Sabirabad Rayon Məhkəməsi istintaqın qərarını bu dəfə qüvvədə saxlayıb.

Top