Şahin Bağırov Səfər Mehdiyevin yolunu gedir? - Gömrükdə 20 gündə 4 HƏBS

Şahin Bağırov Səfər Mehdiyevin yolunu gedir? - Gömrükdə 20 gündə 4 HƏBS


Səfər Mehdiyev 2022-ci il iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad ediləndən sonra bu qurumda islahatların aparılacağına dair ümidlər yarandı. Rüşvət və korrupsiyanın girdabında boğulan gömrük orqanlarına rəhbərlik edəcək şəxsin müəyyənləşməsi təxminən 7 ay çəkdi.

S.Mehdiyev 2022-ci ilin iyulunda postu ilə vidalaşandan sonra onun vəzifəsinin icrası birinci müavini Şahin Bağırova həvalə olunmuşdu. İş adamları və iqtisadçılar Ş.Bağırovun DGK sədrinin səlahiyyətlərini icra etdiyi zaman kəsiyini "qızıl dövr" adlandırırlar. Həmin müddət gömrükdə şəffaflığın maksimum təmin olunduğu, iş adamlarına münasibətdə ayrı-seçkiliyə yol verilmədiyi, rüşvət və korrupsiyaya qarşı müharibə elan edildiyi dövr kimi yadda qalıb.


Top