Ali məktəbə qəbul olan şəhid qardaşı təhsilhaqqını ödəyə bilmir

Ali məktəbə qəbul olan şəhid qardaşı təhsilhaqqını ödəyə bilmir


Şəhid Polad Şirinovun qardaşı Zülfüqar Şirinov bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olub. Lakin tələbənin ailə büdcəsi təhsilhaqqını ödəməyə yetmir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O paylaşımında bildirib ki, Zülfüqar Şirinov şəhidimizin yeganə qardaşıdır: "Ən qısa zamanda 2000 manat ödəniş edilməlidir. 2020-ci ildə atasını itirib, anası xəstədir. Özü də hələ ki, işləyə bilmir. Şəhidimizin əmanətinə dəstək olaq. Qardaşımızın təhsil almasına, lütfən yardım edin".

Top