
Rektor 250 min rüşvət verib, yerinə gəlmək istəyən professoru işdən çıxarıdı - Özü nazir müavini gedəcəkmiş
Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının müdiri, professor Əliyev Şahin Həşim oğlu vəzifəsindən azad edilib.
Empatv.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, institutun rektoru Nazim Qasımov bu barədə əmr imzalayıb.
Şahin Əliyevin vəzifəsindən çıxarılmasının səbəbi qalmaqallı məhkəmə işi ilə bağlıdır. Belə ki, həkim Şahin Əliyev Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 250 min min manat pul verərək, onu institun rektoru vəzifəsinə təyin etdirməsini istəyib.