Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi 19 gənc universitetə qəbul oldu

Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi 19 gənc universitetə qəbul oldu


Şirkətlər Qrupu indiyə qədər 76 gəncin ali təhsil almasına şans qazandırıb

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsi ilə əməkdaşlığını davam etdirərək bu il 19 gəncin ali təhsil müəssisələrinə qəbul olması üçün dəstək göstərib.

VŞQ 2022-2023-cü tədris ili üçün layihənin Kürdəmir və Hacıqabuldan olan 20 gəncin ali məktəbə hazırlığına dəstək olub. Nəticə etibarilə şagirdlərdən 19-u tələbə adına layiq görülüb. Onlardan bir çoxu Bakının müxtəlif universitetlərində dövlət sifarişli əsaslarla təhsilini davam etdirəcək.

Top