Füzuli sakini:

Füzuli sakini: "Doqquz nəvə və üç nəticəmlə geri qayıtmışam"


"Füzuli işğal olunanda, biz məcburi köçkün düşəndə 35 yaşım vardı, 4 uşaq anası idim, indi isə 65 yaşındayam, 9 nəvə, 3 nəticəmlə doğma yurdumuza geri qayıtmışıq".

Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında bu gün Füzuliyə köçürülən Gülbahar Nəsirova deyib.

"Doğma yurdumuzdan didərgin düşəndə övladlarım körpə idi. Onlara hər zaman yurd sevgisi aşılamışıq. Övladlarımın Füzuliyə sevgiləri heç vaxt bitməyib", - deyə o əlavə edib.

G.Nəsirova oğlanlarından birinin Füzuliyə ilk köçdə qayıtdığını söyləyib.

Top