
Z nəslini ən çox narahat edən problemlər açıqlandı
Şotlandiyanın Qlazqo Universitetinin Con Smit Mərkəzi Z nəsli ilə bağlı yeni bir araşdırma aparıb.
Empatv.az xarici KİV-ə istinadla xəbər verir ki, araşdırma nəticəsində Z nəslini (18-29 yaş) ən çox narahat edən problemlər aşağıdakı kimi sıralanıb:
1. Maddi çətinliklər 37%
2. İş yerində təzyiq 23%
3. İş təhlükəsizliyi 20%
Sosial şəbəkələr, mədəni müharibələr və iqlim böhranı və s. isə 10-14%-lə Z nəslini narahat edən problemlər sırasında yer alıb.
Bununla belə, Z nəsli daxilində sosial məsələlər və siyasi yanaşmalardakı fikir ayrılıqları diqqəti çəkir.
Sinif, təhsil və gender amilləri həm ümid, həm də siyasi iştirak səviyyəsinə təsir göstərir.
Məlum olub ki, Z nəslində gənclərin üçdə ikisi demokratiyanı diktaturadan üstün tutur.
Avtoritar idarəçiliyə dəstək nisbəti 27%-dir. 63% öz ölkələrində demokratiyanın problemli olduğunu düşünür.
Gənclərin aktiv siyasi fəaliyyəti də yüksək səviyyədədir. Onların 75%-i son bir ildə ən azı bir siyasi fəaliyyətlə məşğul olduğunu bildirir. Tam gün işləyən gənclərin 70%-i gələcəyə ümidlidir. İşsiz gənclər arasında bu nisbət 44%-ə enir. Universitet məzunlarının 34%-i səslərinin təsirli olduğuna inanır.
Təhsilin səviyyəsi aşağı düşdükcə bu göstərici 19%-ə düşür.
Hamısı internet əsrində doğulan Z nəslinin nümayəndələrinin 67%-i 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrin qadağan edilməsini müdafiə edir.
İrqçiliyi mühüm problem olaraq görənlərin nisbəti 73%, köçün cəmiyyətə müsbət töhfə verdiyini düşünənlərin nisbəti isə 51%-dir.
Tədqiqatın direktoru Eddi Barns bildirib ki, gənclər çox ciddi bir dövrdə yaşadıqlarının fərqindədirlər:
“Başqa sözlə, onlar mədəniyyət müharibəsi adlanan məsələləri əhəmiyyətsiz görmürlər, lakin onların gündəlik həyatlarını narahat edən daha aktual məsələlər var. Ən maraqlı məqamlardan biri o idi ki, cinayət məsələsi prioritetlər baxımından ətraf mühitdən qat-qat vacib idi".
Qeyd edək ki, Beybi Bumers 1946-1964, X nəsli 1965-1980, Z nəsli 1990-2010-cu illəri əhatə edir. Z nəslindən sonra doğulanlar isə Alfa nəsli adlanır.