2 milyonluq təmir - Nazirliyin qalib etdiyi şirkət kimindir?

2 milyonluq təmir - Nazirliyin qalib etdiyi şirkət kimindir?


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhəri və respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "B.R.İ.S. Consulting" MMC seçilib. Təmir işlərinə 2 112 542,01 AZN xərclənəcək. Konkret hansı məktəblərin təmir ediləcəyi barədə isə heç bir məlumat yoxdur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "B.R.İ.S. Consulting" MMC 1 sentyabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Şərifzəda küçəsi, ev 71, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Bəxtiyar Vahid oğludur. 

"B.R.İ.S. Consulting" MMC barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Top