
Hər il 12 mindən çox insan sosial şəbəkə paylaşımlarına görə həbs olunur
Böyük Britaniyada hər il 12 min insanın sosial şəbəkə paylaşımlarına görə həbs edildiyi açıqlanıb.
Empatv.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İngiltərənin "Times" qəzeti məlumat yayıb.
Sözügedən şəxslər onlayn mühitdə insanlara "hücum" etməyə və ya uğun olmayan, açıq-saçıq məzmunlu paylaşılmasını cinayət hesab edən qanuna əsasən təqib olunublar.
Təkcə 2023-cü ildə 12 183 şəxs bu səbəbdən həbs edilib. Bu da gündə 33 nəfərin həbsi deməkdir.