Bakıda güclü yağış davam edir - Hərəkət çətinləşdi, obyektləri su basdı

Bakıda güclü yağış davam edir - Hərəkət çətinləşdi, obyektləri su basdı


Bu gün Bakıda yağan güclü yağış nəticəsində şəhərin müxtəlif ərazilərində ciddi su basmalarına səbəb olub.

Empatv.az xəbər verir ki, yağışın təsirindən ən çox zərər çəkən sahələrdən biri idman zalları olub. Bir çox zalda su səviyyəsi o qədər yüksəlib ki, zalın içi tamamilə su altında qalıb.

Yağışın təsirini görüntüləyən videolardan birində, avtomobilin içərisindən çəkilən görüntüdə yolların su ilə dolduğu və hərəkət etməyin olduqca çətinləşdiyi görünür.

Hazırda şəhər üzrə aidiyyəti qurumlar su basmış ərazilərdə təxliyyə və təmir işləri aparır. Tıxaclar və su basmalarının səbəbi ilə nəqliyyat hərəkəti də ciddi şəkildə çətinləşib. Əhali və sürücülərdən daha diqqətli olmaları xahiş edilir.

Bakı şəhər sakinlərinə və şəhər ətrafında yaşayanlara ətrafdakı təhlükəli ərazilərdən uzaq durmaları və təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.

Top