
YAP-ın Goranboy rayon təşkilatının sədrinin oğlu 220 min dollarıq dələduzluqda ittiham olunur
Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə barəsində həbs qətimkan tədbiri seçilib.
O, hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılır.
Gununsesi.info-ya daxil olan məlumata görə, Şamil Cəfərzadə Cinayət Məcəslləsinin 178.3.3-ci maddəsi (dələduzluq) ilə ittiham olunur. Onunla bağlı şikayət üzrə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb.
Zərəçəkmiş şəxs Mamedov Farxad Salam oğlu təqsirləndirilənin dayısıdr, o Rusiya vətəndaşıdır və Estoniyanın paytaxtı Tallin şəhərində yaşayır.